"Azərbaycanın nəqliyyat və tranzit potensialının inkişafı üçün böyük imkanları var". "Azərbaycanın nəqliyyat və tranzit potensialının inkişafı üçün böyük imkanları var".

Millət vəkili Azərbaycanın nəqliyyat potensialından danışdı

"Azərbaycanın nəqliyyat və tranzit potensialının inkişafı üçün böyük imkanları var".

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bu sözləri Rüfət Quliyev deyib.

O qeyd edib ki, Azərbaycan bu sahədə böyük uğurlara nail olub:

“Azərbaycan nəqliyyat qovşağına çevrilib. İnkişafa Bakı-Tbilisi-Qars, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi layihələr imkan yaradır. Bu, Azərbaycana xarici valyutanın cəlb olunmasına, əhalinin məşğulluğunun və ölkənin beynəlxalq arenada nüfuzunun artmasına xidmət edəcək”.

Onun sözlərinə görə, bu layihələrin potensialının tam istifadəsi üçün ilk növbədə marketinq hissəsini inkişaf etdirmək lazımdır:

“Reallaşdırılan nəqliyyat layihələri haqqında daha çox məlumat təqdim etmək lazımdır ki, xarici şirkətlərdə, daşıyıcılarda onların potensialı barədə tam təsəvvür yaransın”.