Bakı limanı Yeni İpək Yolunun ən perspektivli logistika zonalarından sayılır - “Forbes”

ABŞ-ın məşhur "Forbes" iqtisadi jurnalında “Dünyanın necə işlədiyinə dair baxışları dəyişəcək 5 yeni İpək Yolu layihəsi” adlı araşdırma məqalə dərc edilib. Məqalədə Avropa və Asiyanın iqtisadi xəritəsindəki mühüm dəyişiklər qeyd edilir və Çindən Avropaya uzanan Yeni İpək Yolu layihələrinin xeyli dərəcədə əhəmiyyətli bir şəbəkə olduğu vurğulanır. Bu layihələrin icrasında Azərbaycanın rolu və yerləşdiyi coğrafi məkan xüsusi qeyd edilir.

Məqalədə bu layihələrin icrası regional logistikanın inkişafı, yeni kənd təsərrüfatı sahələrinin yaranacağı, kasıb və ya az inkişaf etmiş ölkələrin istehsal və ticarət potensialını gücləndirəcəyi ilə xarakterizə edilir.

Bildirilir ki, Ələt qəsəbəsində yerləşən yeni Bakı limanında beynəlxalq ticarətin böyük xəyallarının, eləcə də mədəniyyətlərin və iqtisadiyyatların birləşməsi gözlənilir. Vurğulanır ki, bu ərazi Xəzər dənizinin sahillərində, hətta yamaclı çöl kollarının olduğu bir ərazidə yerləşir. Ancaq 20 kvadrat kilometrlik bu çöl ərazisi bütün Yeni İpək Yolunun ən perspektivli logistika və istehsal zonalarından sayılır. Çindən Avropaya uzanan ticarət xəttinin ən böyük satış nöqtəsi məhz Yeni Bakı limanı hesab edilir. Bura yeni açılan Bakı-Tiflis-Qars dəmir yolunu əhatə edir və İpək Yolunun mərkəzi kəsişməsi olaraq mühüm coğrafi mövqe kimi dəyərləndirlir. Qeyd edilir ki, bu dəhliz Hindistanı İranla Rusiya ilə birləşdirən Şimali-Cənubi nəqliyyat dəhlizidir.

Məqalədə həmçinin yazılır:

- Azərbaycan sürətlə inkişaf edən və iqtisadi cəhətdən şaxələndirən dünyanın bir bölgəsidir. Və nəqliyyat dəhlizləri bu keçişlərin qurulması çərçivəsində işləyirlər. Azərbaycan təxminən 30 il neft hasil etdi, hazırda isə onun logistika iqtisadiyyatına keçidi milli prioritetdir.

Elgün Mənsimov
AzNews.az