Azərbaycana gələn turistlərin sayında öncəki illərlə müqayisədə artım olsa da, qiymətlərdə azalma müşahidə edilmir. Azərbaycana gələn turistlərin sayında öncəki illərlə müqayisədə artım olsa da, qiymətlərdə azalma müşahidə edilmir.

Azərbaycanda istirahət niyə baha başa gəlir?

Azərbaycana gələn turistlərin sayında öncəki illərlə müqayisədə artım olsa da, qiymətlərdə azalma müşahidə edilmir.

AzNews.az xəbər verir ki, bu gün Azərbaycan turizminin inkişafına, qiymətlərin aşağı düşməsinə mane olan bir çox səbəblər var. İqtisadçı-ekspert Natiq Cəfərli Sfera.az-a açıqlamasında bu problemləri aradan qaldırmaq üçün görülməsi vacib olan tədbirlərdən danışıb:

"Ölkəyə gələn turistlərin sayında ciddi artım olsa da, rəqabətli mühitin olmaması, obyektlərin sayının azlığı qiymətlərin yüksəlməsinə təsir edir. Turistlərin sayında artıma əsas səbəb vizanın sadələşdirilməsi oldu. Yalnız bundan sonra Azərbaycana axın artdı”.

N.Cəfərli bildirir ki, hotellərin sayının azlığı, regionlarda turistlərə birdəfəlik qazanc mənbəyi baxılması və bu kimi digər amillər də əsas problemlərdən biridir. Hotellərin sayı artsa, rəqabətli mühit yaransa, o zaman qiymətlərin enməsini müşahidə edə biləcəyik".

İqtisadçı bildirir ki, fərqli seçimlərin olmaması qiymətlərə təsir edən başlıca amillərdəndir:

"Bakıdakı hotellərin hamısı 5 ulduzludur. Bu da düzgün yanaşma deyil. 2 yaxud 3 ulduzlu hotellərin olması da vacibdir. Çünki turistlər istəyir ki, normal, səliqəli 2 ulduzlu hotellər, yaxud da, hostellərdə qalaraq qənaət etdikləri vəsaiti əyləncəyə, gəzməyə, tarixi yerləri görməyə xərcləsinlər”.

Qiymətlərin enməsinə mane olan digər əsas problem isə təşviq proqramının həyata keçirilməməsidir:
"Kifayət qədər təşviq proqramlarının olmaması, son iki ildə 2 yaxud da 3 ulduzlu hotellərin təşviqi ilə bağlı əsaslı addımların atılmaması da əsas manelərdəndir. Hökumət proqram qəbul etmişdi ki, 2 və 3 ulduzlu hotellərin və hostellərin təşviqini aparanlar vergidən azad oluna və uzunmüddətli aşağı faizli kreditlər əldə edə bilərlər”.