Əmanətlərin Sığortalanması Fondu Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan QSC “Bank Standard” KB, “Texnikabank”, “Zaminbank”, “Royalbank” və “Bank of Azərbaycan” ASC-lərin balansında olan daşınar və daşınmaz əmlaklarını 63 lot üzrə satışa çıxarır. Əmanətlərin Sığortalanması Fondu Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan QSC “Bank Standard” KB, “Texnikabank”, “Zaminbank”, “Royalbank” və “Bank of Azərbaycan” ASC-lərin balansında olan daşınar və daşınmaz əmlaklarını 63 lot üzrə satışa çıxarır.

Ləğv prosesində olan 5 bankın 23 əmlakı ilk dəfə hərraca çıxarılır

Əmanətlərin Sığortalanması Fondu Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan QSC “Bank Standard” KB, “Texnikabank”, “Zaminbank”, “Royalbank” və “Bank of Azərbaycan” ASC-lərin balansında olan daşınar və daşınmaz əmlaklarını 63 lot üzrə satışa çıxarır.

Bu barədə "APA-Economics"ə Fonddan məlumat verilib.

"23 lot üzrə əmlak birinci dəfə hərraca çıxarılır, 16 lot üzrə - ikinci dəfə, 14 lot üzrə - üçüncü dəfə, 10 lot üzrə isə dördüncü dəfə hərraca çıxarılır", - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, hərraclar 11 iyun, 25 iyun və 2 iyul 2018-ci il tarixlərində keçiriləcək.

AzNews.az