"Bakı şəhərində əsas nəqliyyat yükünü özündə cəmləşdirən 11 arterial yolda geniş miqyaslı işlərə start veriləcək". "Bakı şəhərində əsas nəqliyyat yükünü özündə cəmləşdirən 11 arterial yolda geniş miqyaslı işlərə start veriləcək".

Bakının 11 yolunda tıxaca səbəb olan parklanma yerləri ləğv ediləcək

"Bakı şəhərində əsas nəqliyyat yükünü özündə cəmləşdirən 11 arterial yolda geniş miqyaslı işlərə start veriləcək".

"APA-Economics" xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və Maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev bildirib.

Onun sözlərinə görə, bu 11 yol 16 yol birləşməsini əhatə edir.

“Aparılan təhlillər onu göstərir ki, bu yolların kifayət qədər geniş olmasına, parametrlərinin orada nəqliyyat vasitələrinin rahat, maneəsiz hərəkət etməsinə imkan verməsinə baxmayaraq, təəssüf ki həmin yollarda olan qanunsuz parklanmalar və digər nişanlamalar, işıqforlarda olan müəyyən nöqsanlar həmin yolları keçilməz edir. Biz düşünürük ki, bu 11 yolda ilk növbədə parklanmanı ləğv etməklə, qadağan etməklə müsbət nəticələr əldə etmək mümkündür. İlkin hesablamalara görə, parklanmaların olmadığı həmin yollarda mövcud hərəkət zolaqları üzrə nəqliyyat vasitələri rahat şəkildə hərəkət edə bilərlər”, - deyə M.Ağayev əlavə edib.

AzNews.az