- Köhnə - İqtisadiyyat
- 12 İyun 2018 16:34
- 4 324
Neft Fondundan dövlət büdcəsinə transfert artırılır - 19%
2018-ci ildə Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlərin həcmi artırılır.
"APA-Economics" xəbər verir ki, bu, “2018-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert 10 mlrd. 966 mln. manat nəzərdə tutulur ki, bu da 2018-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 1 mlrd. 750 mln. manat və 19% çoxdur.
AzNews.az