"Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası Avropa bazarında ixrac coğrafiyasını genişləndirmək niyyətindədir". "Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası Avropa bazarında ixrac coğrafiyasını genişləndirmək niyyətindədir".

Azərbaycandan Avropaya fındıq ixracı artır

"Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası Avropa bazarında ixrac coğrafiyasını genişləndirmək niyyətindədir".

AzNews.az xəbər verir ki, bunu Trend-ə assosiasiyanın sədri İsmayıl Orucov deyib.

Onun sözlərinə görə, ötən həftə AZPROMO xətti ilə İsveçrəyə ixrac missiyası baş tutub. Bu missiyada təqribən 12 yerli istehsalçı iştirak edib:

“Məhsulun ixracı məsələsində biosertifikatın olması vacibdir və bu ixrac missiyası çərçivəsində həmin sertifikata sahib yerli ixracatçı ilə ilkin razılıq əldə olunub. Ötən il İsveçrəyə ixracın ümumi həcmi 22 ton təşkil edib. Bu il biz bu göstəricinin artacağını gözləyirik. Bundan başqa, Avropa bazarında ixrac coğrafiyasını genişləndirməyə çalışacağıq. Oktyabr ayında ixracatçılar SIAL PARIS sərgisində iştirak edəcək”.

İ.Orucov bildirib ki, ötən il fındıq ixracı 20 842 tona bərabər olub. Fındıq idxalçıları arasında birinci yerdə İtaliya qərarlaşıb. Bu ölkəyə təxminən 9 min ton təmizlənmiş meşə fındığı tədarük edilib. İkinci yerdə Rusiya (6 min tondan çox), üçüncü yerdə Almaniya (3 min tondan çox) qərarlaşıb:

“Biz indi bazarı şaxələndirməyə və digər bazarlara çıxış əldə etməyə çalışırıq. Biz artıq Dubaya və Tunisə məhsul tədarük etməyə başlamışıq”.

Ölkədə fındıq istehsalı həcmlərinə gəldikdə isə assosiasiya sədri bildirib ki, əgər hava şəraiti əlverişli olarsa, fındıq istehsalını ötən illə müqayisədə 5-10 faiz artıraraq 60-65 min tona çatdırmaq mümkün olacaq.