- Köhnə - İqtisadiyyat
- 12 Avqust 2018 21:30
- 3 677
Bu göstəriciyə görə Azərbaycan 1-cidir

"Neft hasilatı zamanı səmt qazının emissiyası göstəricilərinin aşağı olmasına görə Avropa İttifaqına neft ixrac edən əsas 10 ölkə arasında Azərbaycan birinci yeri tutur".
AzNews.az xəbər verir ki, bunu bunu Azərbaycan Prezidenti İlham Əliyev Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə Toplantısında çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib: "Müstəqillik dövründə Azərbaycanın həyata keçirdiyi neft-qaz əməliyyatları da ən yüksək beynəlxalq ekoloji standartlara cavab verir. Azərbaycan Dövlət Neft Şirkəti SOCAR neft-qaz əməliyyatları zamanı ISO Beynəlxalq Standartlaşma Təşkilatının tələblərinə uyğun idarəetmə sistemi qurmuş və sertifikatlaşdırmışdır. Bu istiqamətdə həyata keçirilən layihələr Dünya Bankı Ekspert Şurası tərəfindən iki dəfə "Ali Mükafat"a layiq görülmüşdür. 2015-ci ildən etibarən Azərbaycanda neft-qaz əməliyyatları aparan bütün şirkətlər üçün ən müasir avadanlıqlarla təchiz edilmiş Tullantıların İdarə Edilməsi Mərkəzi yaradılmışdır. Neft hasilatı zamanı səmt qazının emissiyası göstəricilərinin aşağı olmasına görə Avropa İttifaqına neft ixrac edən əsas 10 ölkə arasında Azərbaycan birinci yeri tutur. Azərbaycan infrastrukturun inkişafına böyük önəm verir. Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə görə Azərbaycan dünyada infrastrukturun inkişafı səviyyəsi üzrə 26-cı, rəqabətqabiliyyətlilik indeksi üzrə isə 35-ci yerləri tutur".