- Köhnə - İqtisadiyyat
- 6 Sentyabr 2018 11:02
- 7 850
“Toyota”da problem çıxdı: 1 milyon maşın geri qaytarılır
Toyota şirkəti 1 milyondan çox maşınını geri çağırır.
AzNews.az xarici mətbuata istinadla xəbər verir ki, elektrik kabelləri sistemində yaranan problemə görə Toyota şirkəti 1 milyon 30 min avtomobilini servislərə çağırır. Qeyd edilir ki, bu problem səbəbindən avtomobillərdə alışma riski yüksəkdir.
Verilən məlumata görə, həmin avtomobillərin 554 mini Yaponiyada, 192 mini də ABŞ-a geri çağrılacaq.
Nigar CƏFƏR
AzNews.az