- Köhnə - İqtisadiyyat
- 7 Sentyabr 2018 10:00
- 6 629
Elman Rüstəmov inflyasiyadan danışdı
Cari ilin 7 ayı ərzində Azərbaycanda inflyasiya 2,8 faiz təşkil edib.
AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bu gün keçirilən “Azərbaycan Rəqabətlilik Forumu 2018” adlı tədbirdə çıxışı zamanı bildirib.
Mərkəzi Bankın sədri qeyd edib: "2017-ci ildə Azərbaycanda inflyasiyanın göstəriciləri sabitləşib. 2018-ci ilin ilk 7 ayında ölkədə inflyasiyanın göstəricisi 2,8 faiz təşkil edib. Bizim proqnozlarımıza görə, ilin sonuna qədər bu göstərici daha da aşağı olacaq".
AzNews.az