- Köhnə - İqtisadiyyat
- 7 Sentyabr 2018 11:47
- 6 367
“Dövlət büdcəsinin 9 aylıq icrası 98%-dir” - Nazir
"2018-ci ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin icrası ilə bağlı dəqiq rəqəmlər olmasa da, büdcənin icrası kifayət qədər yüksəkdir və təxminən 98%-dir".
AzNews.az “Report”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib.
Bundan başqa, onun sözlərinə görə, Cənub Qaz Dəhlizi layihəsinin maliyyələşdirilməsi normal şəkildə davam edir: “Layihənin icrası üçün lazım olan vəsait mərhələlərə uyğun olaraq cəlb edilir. Hazırda bir sıra beynəlxalq maliyyə institutları ilə danışıqlar gedir. Amma konkret nəticə 2019-cu ilə təsadüf edəcək".
AzNews.az