- Köhnə - İqtisadiyyat
- 12 Sentyabr 2018 10:25
- 6 236
Azərbaycan nefti bahalaşdı - 80 dolları ötdü
Azərbaycanın dünya bazarına çıxardığı “Azeri LT CIF” markalı xam neftin qiyməti artıb.
AzNews.az oxu.az-a istinadən xəbər verir ki, bu gün səhər saatlarına 1 barel neftin qiyməti 1,3 dollar (1,65%) yüksəlib.
Nəticə də “Azeri LT CIF” 80,29 dollar təşkil edib.
Qeyd edək ki, dünya birjalarında neftin qiyməti yüksəlir. Bu gün “Brent” markalı Şimal dəniz neft qatışığının noyabr fyuçerslərinin qiyməti bir barel üçün 79,39 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı yüngül neftin oktyabr fyuçerslərinin qiyməti bir barel üçün 69,85 dollar təşkil edib.
AzNews.az