- Köhnə - İqtisadiyyat
- 18 Sentyabr 2018 15:26
- 6 733
İlham Əliyev Masallı Sənaye Məhəlləsinin açılışını edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Masallı Sənaye Məhəlləsinin açılışında iştirak edib.
AzNews.az "Azərtac"a istinadən xəbər verir ki, iqtisadiyyat naziri Şahin Mustafayev Sənaye Məhəlləsində görülən işlər, həmçinin digər sənaye məhəllələri barədə dövlətimizin başçısına məlumat verdi.
Prezident İlham Əliyev Masallı Sənaye Məhəlləsinin rəmzi açılışını bildirən lenti kəsdi.
Dövlətimizin başçısı Masallı Sənaye Məhəlləsində istehsal korpusları və burada fəaliyyət göstərən müəssisələrlə tanış oldu.
Sonra dövlətimizin başçısı Masallı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.