Əmanətçilərə təqribən 707 milyon dollar vəsait ödənildi

2012-ci ildə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının varisi olan "Kapital Bank" 1992-ci il yanvarın 1-nə olan vəziyyət üzrə əmanətçilərə birdəfəlik fərdi ödənişlər qismində 554,712 milyon manat ödəyib.

Trend-in məlumatına görə, bunu cümə günü maliyyə naziri Samir Şərifov Milli Məclisin 2012-ci il dövlət büdcəsinin müzakirələrinin aparıldığı iclasda deyib.

Onun sözlərinə görə, vəsaitlərin ödənişi 1,448 milyon hesab üzrə həyata keçirilib: "Ötən 5 ayda bu işlər davam etdirilib".

Nazir deyib ki, keçmiş sovet məkanında bu prosesin ən səmərəli və işlək variantı Azərbaycanda istifadə edilir.

AzNews.az