- Köhnə - İqtisadiyyat
- 23 İyul 2013 11:45
- 2 632
Azərbaycanda inanılmaz olay – Avropa ədaləti
Zaqatala rayonunda bir ailənin başına "dövlət quşu" qonub.
AzNews.az-ın məlumatına görə, 100 il əvvəl bir İsveçrə bankına bir miqdar pul qoyan Zaqatala sakini bu günlərdə həmin pulun faizinin yığıldığını bildirən xoş xəbər alıb.
Belə ki, bu barədə Müsavat Partiyası başqanının müşaviri, əslən Zaqataladan olan Mustafa Hacıbəylinin özünün sosial şəbəkədəki hesabında yazdığına görə, həmyerlimiz İsveçrə bankından nə az, nə çox, tam 75 milyon dollar faiz pul alacaq.
Məlumata görə, artıq İsveçrə bankının rəsmiləri Zaqatalaya gəlib və pulun sahibinin varisləri ilə görüşüb. Gözlənilir ki, sənədləşdirmə işləri yekunlaşdıqdan sonra Zaqatalalı həmyerlilərimiz İsveçrə bankından 75 milyon dollar alacaqlar.
Anar
AzNews.az