- Köhnə - İqtisadiyyat
- 23 Avqust 2013 13:37
- 2 413
Avropa Birliyi ötən il Azərbaycana 20,37 milyon dollar ayırıb
APA-nın məlumatına görə, bu barədə Avropa Komissiyasının xarici yardım siyasəti və onun reallaşmasına həsr olunmuş illik hesabatında bildirilir.
Hesabatda qeyd olunur ki, AB Azərbaycanda energetika və ədliyyə sahəsində islahatları stimullaşdırmağa davam edir, bundan başqa ölkədə kənd təsərrüfatının inkişafına dəstəyə dair yeni proqram təsdiqlənib.
Sənəddə bildirilir ki, ictimai maliyyə siyasətinə dair proqramların reallaşması üçün planlaşdırılan büdcə milli orqanlar tərəfindən qəbul olunmadığına görə, 2012-ci ildə Azərbaycana göstərilən maliyyə yardımının həcmi azaldılıb. Bununla belə AB Azərbaycanla bu sahədə dialoqu davam etdirməkdə maraqlıdır.
Ötən il AB Azərbaycanda 13 tvinniq layihəsi həyata keçirib, 6 layihə isə hazırlıq mərhələsindədir.
Xatırladaq ki, AB ötən il Ermənistana 31,81 milyon, Gürcüstana 91,82 milyon dollar yardım ayırıb.