Artıq qida məhsullarından nümunələr də götürülüb Artıq qida məhsullarından nümunələr də götürülüb

Şadlıq evləri nəzarətə götürüldü

Artıq qida məhsullarından nümunələr də götürülüb


Səhiyyə Nazirliyi, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində ərzaq mağazalarında və şadlıq evlərində olan məhsulların monitorinqinə başlayıb.

Bu barədə AzNews.az-a RGEM-nin Qidalanma bölməsinin müdiri İmran Abdullayev məlumat verib. İlk olaraq, ərzaq mağazalarında süd və süd məhsulları yoxlanacaq. Monitorinq zamanı məhsulların təhlükəsizlik göstəriciləri yoxlanılır.

Analizlərin aparılması üçün həmin məhsullardan 100-ə qədər nümunə götürülüb. Yoxlamaların yaxın bir neçə həftə ərzində başa çatacağı planlaşdırılır.

İ.Abdullayev şadlıq evlərində hazırlanan qida məhsullarından müayinələr üçün nümunələrin götürüldüyünü də bildirdi. Monitorinqin nəticələri sentyabrın 25-də ictimaiyyətə açıqlanacaq.


Müşfiq

Az. News.az