- Köhnə - İqtisadiyyat
- 17 Yanvar 2014 12:47
- 2 226
BMT Azərbaycana 6 milyon dollar ayırıb
APA-nın təşkilatın saytına istinadən verdiyi xəbərə görə, bu məbləğin 4 milyon 397 min 620 dolları qaçqınlar üçün proqramların həyata keçirilməsinə, 321 min 299 dolları vətəndaşlığı olmayan şəxslərə, 1 milyon 131 min 82 dolları isə məcburi köçkünlər üçün nəzərdə tutulub.
Ermənistana ayrılan vəsaitin həcmi 4 milyon 81 min 334 dollardır.
Maliyyə vəsaiti Şərqi Avropa ölkələrində qaçqınlara yardım proqramı çərçivəsində ayrılır. Gürcüstana 14 milyon dollara yaxın, Rusiyaya 7 milyon, Türkiyəyə 195 milyona yaxın, Ukraynaya isə 10 milyondan çox pul verilib.
AzNews.az