“Azərbaycanda amnistiya olacaq” - Nazir

"Azərbaycanda maliyyə amnistiyası ilə bağlı xüsusi qərar layihəsi hazırlanır". AzNews.az-ın məlumatına görə, bunu vergilər naziri Fazil Məmmədov keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu böyük layihədir və Azərbaycan buna hazırdır: "Bu bir neçə ili əhatə edən layihə olacaq. Burada söhbət gəlirlər haqda bəyannamə sisteminə keçid prosesi çərçivəsində qeyri-qanuni, vergidən yayınma yolu ilə əldə edilmiş və gizlədilmiş əmlakın, həmçinin gəlirlərinin leqallaşdırılmasından gedir".

F. Məmmədov deyib ki, amnistiya olmadan ümumi bəyannamə sisteminə keçmək olmaz: "İstər əmlak, istərsə də digər sərvətlərin leqallaşdırılması üçün müvafiq amnistiya sisteminə keçmək lazımdır. Bunun üçün digər prosedur məsələlər həll edilməlidir. Bütün hallarda bu qərar qəbul olunacaq. Hazırda bununla bağlı hazırlıq işləri gedir".

Amid
AzNews.az