Şikayətçi: “Görəsən, dünyanın hansı yerində ayda 30-31 günlük iş rejimi var?” Şikayətçi: “Görəsən, dünyanın hansı yerində ayda 30-31 günlük iş rejimi var?”

“Baker” şirkətində işçilərlə rəhbərlik arasında çaxnaşma

Şikayətçi: “Görəsən, dünyanın hansı yerində ayda 30-31 günlük iş rejimi var?”



Çörək və şirniyyat məhsulları istehsal edən "Baker" şirkətində işçilərlə rəhbərlik arasında çaxnaşma yaranıb. Əmək müqaviləsiz işçi qəbul etmək, heç bir səbəb göstərilmədən işçini işindən uzaqlaşdırmaq bu şirkətin iş prinsipinə çevrilib.

Redaksiyamıza daxil olan şikayət məktubunda şirkətin satış təmsilçisi Xəlil Mövsümov bildirir ki, "Baker" şirkətində heç yerdə olmayan özbaşınalıqlar var: "Qadir Ələkbərov şirkətə direktor təyin olunandan sonra vəziyyət dözülməz həddə çatıb. Bu şirkətdə çalışırdım, Qadir Əkbərov heç bir səbəb göstərmədən, məni işdən çıxartdı. Dəfələrlə bunun səbəbini soruşsam da, mənə "mən belə istəyirəm" deyə cavab verdi. O işə gələrkən ona təzim etməyən şəxsləri "qaralayır" və 15-20 günə işdən uzaqlaşdırır". Bir ildir bu şirkətdə çalışdığını söyləyən şikayətçi bildirir ki, Qadir Ələkbərov işçilərə qarşı nalayiq ifadələr işlətməkdən belə çəkinmir: "Qadir Əkbərov təkcə insanların ruzisinə toxunmaqla toxtamır.

O həm də burada söyüş söyməyi ilə də məşhurdur. Belə ki, o iclasda əsəbiləşəndə öz yaxınlarını belə çox tərbiyəsizcəsinə söyür. Qadir "Baker" şirkətində bölğə müdiri olan Anar Zəkiyevlə birləşərək, çoxlu hoqqabazlıqdan çıxırlar. Bu hoqqabazlıqların qurbanı tək mən deyiləm.

Texnoloq Vidadi ilə dava-dalaş edə-edə sexin çörəyinin çəkisinin də azalmasına nail olub. Bütün dükanlarda çörəyin keyfiyyətilə bağlı şikayətlər eşidilir". Onun sözlərinə görə, şirkət rəhbərliyi onun sənədlərini də özünə qaytarmır: "Bunlar hətta mənim hərbi biletimi də özlərində saxlayıb vermirlər. Səbəb isə onu göstərirlər ki, guya, mən 80 manat şirkətə borcluyam və onu qaytarmasam, hərbi bileti verməyəcəklər. Mənim ümidim ancaq sizə qalıb. Əmək müqaviləm olmadığı üçün qanuni yolla heç nə edə bilmirəm. Görəsən, dünyanın hansı yerində əmək müqaviləsi olmadan, hətta istirahətsiz 30-31 gün iş rejimi var? Amma bu şirkətdə var. Özü də Qadir Ələkbərov gələndən sonra var. Onu da deyim ki, işçilər Zamiq adlı mühasibdən üzərində ağ kağız qoyulmuş və imza yerini güclə görülən maaş vərəqəsini imzalayaraq, maaş alırlar".

Mövzunu diqqətdə saxlayacağıq!

Bahadur Eyuboğlu
AzNews.az