- Köhnə - İqtisadiyyat
- 25 Avqust 2012 13:38
- 8 203
“Baker” ittihamlarla razılaşmır
Bundan sonra şikayət məktubunda adı gedən iş icraçısı Qadir Ələkbərov ilə telefon əlaqəsi yaratdıq. Qadir Ələkbərov zavod direktoru haqqında deyilənlərin hamısının iftira olduğunu bildirdi. Ancaq o bizə Xəlilin hansı səbəbdən işdən uzaqlaşdırılması barədə bunları söylədi: "O işdən uzaqlaşdırılarkən mən burda olmamışam.
Onun niyə görə işdən uzaqlaşdırılması barədə qətiyyən xəbərim yoxdur. Mən burda olmayanda şirkətə nəzarəti Alim Qiyasov aparırdı... Qaldı ki, hərbi bilet məsələsinə biz onun sənədini neynəyəcəyik ki? Gəlsin verim aparsın".
Alim Qiyasovla əlaqə saxlamağa çalışdıq. Lakin o xarici ölkədə olduğu üçün onunla əlaqə yaratmaq mümkün olmadı.
Bahadur Eyuboğlu
AzNews.az