Sərhəddə 10 körpü tikiləcək

Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 132-192-ci kilometrlik hissəsində yeni istiqamət üzrə 1b texniki dərəcəli yolun tikintisi davam etdirilir

"Azəryolservis" ASC-nin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, uzunluğu 60k m, eni 28 m nəzərdə tutulan layihə çərçivəsində 7 müxtəlif səviyyəli yol ötürücüsü, 10 körpü, müxtəlif diametrlərdə suötürücü borular, yükötürücü qurğular, yol və heyvan keçidləri olacaq.

Dörd hərəkət zolağı üçün nəzərdə tutulan magistral boyu artıq torpaq işlərinin 60 faizi yerinə yetirilib, 169 dairəvi, 22 düzbucaqlı en kəsikli, 21 xidməti (kommunikasiya xətlərinin keçirilməsi üçün) boru tikilib.

İlkin
AzNews.az