Bakıda İkinci Bakı Beynəlxalq Humanitar Forumu işə başlayıb Bakıda İkinci Bakı Beynəlxalq Humanitar Forumu işə başlayıb

İlham Əliyev Humanitar Forumun açılış mərasimində iştirak edib

Bakıda İkinci Bakı Beynəlxalq Humanitar Forumu işə başlayıb



Oktyabrın 4-də Heydər Əliyev Mərkəzində İkinci Bakı Beynəlxalq Humanitar Forumu işə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak ediblər. İkinci Bakı Beynəlxalq Humanitar Forumunda isə 70 ölkəni və 7 mötəbər beynəlxalq təşkilatı təmsil edən 694 nəfər iştirak edir.

Forumda müxtəlif ölkələrdən olan görkəmli elm və mədəniyyət xadimlərinin, o cümlədən Nobel mükafatı laureatlarının iştirakı ilə müxtəlif istiqamətlər üzrə "dəyirmi masa"lar təşkil olunacaq.

Bildirək ki, Bakı Beynəlxalq Humanitar Forumunda beynəlxalq ictimai-siyasi fikri formalaşdırmaq iqtidarında olan tanınmış dövlət xadimləri, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatları, mötəbər beynəlxalq təşkilatların rəhbər vəzifəli şəxsləri, dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələri iştirak edir.

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təşəbbüsü ilə keçirilən Forum ilk dəfə 2011-ci il oktyabrın 10-11-də "XXI əsr: ümidlər və çağırışlar" şüarı altında təşkil olunub.

AzNews.az