DQMK 1200 vakant yerə müsabiqə elan etdi

Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası (DQMK) 100 dövlət orqanında 1200 vakant yerə müsabiqə elan edib.

AzNews.az-ın məlumatına görə, DQMK-nın sədri Bəhrəm Xəlilov jurnalistlərə açıqlamasında bildirib ki, elan olunan yerlərin 1001-i icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatları, 219-u isə məhkəmə hakimiyyəti orqanları üçün nəzərdə tutulub.

Onun sözlərinə görə, indiyədək dövlət qulluğuna qəbulla bağlı 6 mindən çox sənəd verilib. Ən böyük müsabiqə vəziyyətinin DQMK-da olduğunu xatırladan B.Xəlilov deyib ki, burada bir vakant yerə 124 nəfər sənəd verib.

Elnarə Əliosmanqızı
AzNews.az