Mərkəzi Bankın itirilmiş valyuta ehtiyatlarının bərpası məqsədilə mövcud qanun dəyişdiriləcək. Bununla bağlı “Azərbaycan Respublikası Mərkəzi Bankı haqqında” qanuna əlavə və dəyişikliklər təklif olunur. Mərkəzi Bankın itirilmiş valyuta ehtiyatlarının bərpası məqsədilə mövcud qanun dəyişdiriləcək. Bununla bağlı “Azərbaycan Respublikası Mərkəzi Bankı haqqında” qanuna əlavə və dəyişikliklər təklif olunur.

Deputatdan “Mərkəzi Bank”la bağlı qanun dəyişikliyinə - Reaksiya

Mərkəzi Bankın itirilmiş valyuta ehtiyatlarının bərpası məqsədilə mövcud qanun dəyişdiriləcək. Bununla bağlı “Azərbaycan Respublikası Mərkəzi Bankı haqqında” qanuna əlavə və dəyişikliklər təklif olunur.


Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov məsələyə münasibət bildirib. O, AzNews.az-a Mərkəzi Bank haqda qanun dəyişikliyinin iki bənddən ibarət olacağını deyib: "Mərkəzi Bankın Nizamnamə kapitalı 50 milyard manata yaxındır. Nizamnamə kapitalının müəyyən qədər artıb-azalması var. Bunun qarşısını almaq üçün əvvəl aktivlər və passivlər arasında fərq yaranırdı. Passivlər aktivlərdən çox olan dövrdə dövlət büdcəsinə yardım edilirdi. İndi dövlət büdcəsinə yardım edilməyəcək.
İkincisi, dövlət qiymətli kağızlar buraxacaq. Qiymətli kağızlardan gələn gəlir hesabına passivlər artacaq".


Xatırladaq ki, Milli Məclisin mayın 15-də keçiriləcək plenar iclasında "Mərkəzi Bank" haqqında qanuna dəyişiklik edilməsi nəzərdə tutulur.

Bahar RÜSTƏMLİ