Neftin qiyməti aşağı düşdü

Brent markalı neftin qiyməti aşağı düşüb.


AzNews.az xəbər verir ki, bu haqda məlumatı "korrespondent" saytı yayıb.

Məlumata görə, Londonun İCE birjasında Brent markalı neftin bir barelinin qiyməti 1.79 faiz aşağı düşərək 65.37 dollar təşkil edib.

WTI (Light Sweet) markalı neftin qiymətində də enmə müşahidə edilib.

Belə bu markadan olan neftin qiyməti Nyu-Yorkun NYMEX birjasında 1.67 faiz düşərək 59.72 dollar olub.