Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq Yasamal rayonu Akademik Şəfayət Mehdiyev küçəsinin General Akim Abbasov küçəsi ilə kəsişməsindən Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hətəkəti tam məhdudlaşdırılıb. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq Yasamal rayonu Akademik Şəfayət Mehdiyev küçəsinin General Akim Abbasov küçəsi ilə kəsişməsindən Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hətəkəti tam məhdudlaşdırılıb.

Bakının bu yolu da bağlandı - FOTOLAR

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq Yasamal rayonu Akademik Şəfayət Mehdiyev küçəsinin General Akim Abbasov küçəsi ilə kəsişməsindən Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hətəkəti tam məhdudlaşdırılıb.


AzNews.az xəbər verir ki, bu haqda məlumatı "Azəryolservis" ASC yayıb.

Məlumata görə, yola yeni asfalt-beton örtüyünün çəkilişi işləri həyata keçirilir.

Ümumilikdə 30 min kvadrat metr əraziyə yeni asfalt-beton örtüyü döşənəcək.

Artıq yol boyu 3 min paqon-metr səki daşı düzülüb, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılıb, baxış qapaqları dəyişdirilib, yağış barmaqlıqları yenilənib, səth sularının normal kənarlaşdırılması üçün zəruri olan yerlərdə yağış-kanalizasiya sistemi qurulub. Qeyd edək ki, yolun ümumi uzunluğu 1700 metr, eni isə 18 metrdir.

Təmir işlərinin yaxın günlər ərzində yekunlaşdırılması planlaşdırılır. Sürücülərə alternativ olaraq Mətbuat prospektindən istifadə etmələri tövsiyə olunur.
image description image description image description