Azərbaycanın xam neft ixracı azalıb

2012-ci ilin yanvar-iyul aylarının yekunlarına əsasən ölkəmizin ticarət əməliyyatlarının həcmi 19,4 mlrd. ABŞ dolları təşkil edib. Bu isə ötən ilin eyni dövründəkindən 5,9 faiz azdır. Bu barədə məlumat Maliyyə Nazirliyinin təqdim etdiyi 2013-cü ilin dövlət və icmal büdcələrinin layihələrində əksini tapıb.

Xarici ticarət dövriyyəsinin azalması xam neft ixracının azalması ilə bağlıdır. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən ilin əvvəlindən ixracın həcmi 14,0 mlrd. ABŞ dollarından çox olub ki, bu da 2011-ci ilin eyni dövrü ilə müqayisədə 9,0 faiz azdır.

Xam neft 12,1 mlrd ABŞ dolları, neft məhsulları 697,4 mln. ABŞ dolları, təbii qazın ixracı 340
mln. ABŞ dolları təşkil edib.

2013-cü ildə ölkə iqtisadiyyatına 18 mlrd. manat və ya cari ilə nisbətən 17,3 faiz çox investisiyanın yönəldiləcəyi proqnozlaşdırılır. Daxili investisiyaların ümumi investisiyalardakı xüsusi çəkisi 71 faiz, xarici investisiyaların payı isə 29 faiz həddində gözlənilir.
Cəlb edilən investisiyaların 69,4 faizinin qeyri-neft sektoruna yönəldilməsi proqnozlaşdırılır.

Növbəti ildə dövlət investisiyaları 11,4 mlrd. manat olmaqla ümumi investisiyalarda üstünlük təşkil edəcəkdir. Qeyri-dövlət investisiyalarının ümumi investisiyalardakı payı 54,1 faizi (8,3 mlrd. manat) həddinə çatacaq.

Elnarə Əlosmanqızı
AzNews.az