“Metsamor”un istismar müddəti uzadıldı

"Metsamor" atom elektrik stansiyasının (AES) istismar müddəti 10 il uzadılıb. Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə ölkənin energetika naziri Armen Movsisyan deyib. Daha əvvəl qeyd edilirdi ki, stansiyanın istismar müddəti 2016-cı ildə başa çatacaq.

Bu gün iqtisadi məsələlər üzrə Ermənistan-ABŞ hökumətlərarası komissiyanın iclasının yekununa dair Ermənistanın energetika naziri və ABŞ-ın bu ölkədəki səfiri Con Heffern anlaşma memorandumu imzalayıblar. Sənəddə, həmçinin, iki ölkənin atom enerjisi sahəsində əməkdaşlığı qeyd edilir.

"Biz bu sahədə Ermənistan ilə əməkdaşlıq etmişik və bundan sonra da edəcəyik", ABŞ səfiri vurğulayıb.

AzNews.az