“Neftin qiyməti 30 dollar səviyyəsinə enə bilər“ - Dvorkoviç

Yaxın 3 il ərzində neftin qiyməti 50-70 dollar intervalında dəyişəcək.


AzNews.az APA-Economics-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının baş nazirinin müavini Arkadi Dvorkoviç "Rusiya 24" telekanalının efirində deyib.

Buna baxmayaraq, A. Dvorkoviç bildirib ki, "qara qızıl"ın qiyməti qısa müddətlik 30-35 dollar səviyyəsinə enə bilər.

"Düşünürəm ki, nəticə etibarilə, neftin bir barelinin dəyəri 50-70 dollar intervalında dəyişəcək", - deyə baş nazirinin müavini qeyd edib.