“Mərkəzi Bankın bu ilin avqust ayının 1-nə açıqladığı məlumatlar əsasında regionlar üzrə kredit qoyuluşunun təhlili göstərir ki, iqtisadi rayonlar arasında vaxtı keçmiş kreditlərin ən yüksək səviyyəsi Naxçıvan Muxtar Respublikasında qeydə alınıb”. “Mərkəzi Bankın bu ilin avqust ayının 1-nə açıqladığı məlumatlar əsasında regionlar üzrə kredit qoyuluşunun təhlili göstərir ki, iqtisadi rayonlar arasında vaxtı keçmiş kreditlərin ən yüksək səviyyəsi Naxçıvan Muxtar Respublikasında qeydə alınıb”.

Naxçıvan vaxtı keçmiş kreditlərə görə irəlidə gedir - Ekspert

“Mərkəzi Bankın bu ilin avqust ayının 1-nə açıqladığı məlumatlar əsasında regionlar üzrə kredit qoyuluşunun təhlili göstərir ki, iqtisadi rayonlar arasında vaxtı keçmiş kreditlərin ən yüksək səviyyəsi Naxçıvan Muxtar Respublikasında qeydə alınıb”.


AzNews.az xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu bildirib. O, qeyd edib ki, həmin dövrə Azərbaycan üzrə vaxtı keçmiş kreditlərin cəmi kreditlərdə payı 6,4 faiz təşkil etdiyi halda Naxçıvan iqtisadi regionu üzrə bu göstərici 9,2 faiz olub: "Respublika üzrə orta səviyyə ilə müqayisədə Naxçıvan iqtisadi rayonundan sonra daha pis göstərici Şəki-Zaqatala iqtisadi regionu üzrə - 8,9 faiz, Lənkəran iqtisadi rayonu üzrə - 8,6 faiz, Abşeron iqtisadi rayonu üzrə - 7,8 faiz qeydə alınıb. Göründüyü kimi, bu iqtisadi rayonlar kreditlərin vaxtında qaytarılması sahəsində intizamı ən çox pozan bölgələrdir".

Q.İbadoğlu vurğulayıb ki, vaxtı keçmiş kreditlər üzrə həmin bölgələrdə yaranmış vəziyyət orda sahibkarlıq mühitinin digər bölgələrdən əlverişsiz olduğunu xarakterizə edir: "Adı çəkilən bölgələrdə bankların kredit portfelinin ölkə üzrə orta göstərici ilə müqayisədə daha da keyfiyyətsiz olmasının digər səbəbləri pis idarəçilik və sosial-iqtisadi sahədə geriləmələrdir".

Bahar RÜSTƏMLİ
AzNews.az