Məzahir Pənahov Elman Rüstəmova müraciət edəcək

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmova rəsmi müraciət edəcək.


AzNews.az-ın məlumatına görə, bu barədə MSK-nın bu gün keçirilən iclasında komissiyanın sədri Məzahir Pənahov deyib.

M.Pənahov bank rəhbərinə edəcəyi müraciətində Azərbaycan Beynəlxalq Bankın və "Kapital Bank"ın rayon filiallarında namizədlər üçün xüsusi seçki hesablarının açılmasını istəyəcəyini bildirib: "Hər hansı regionda Beynəlxalq Bankın filalı olmadığı halda seçki hesabı "Kapital Bank"ın filialında açılmalıdır. Bunu üçün "Kapital Bank"ın sisteminin Beynəlxalq Banka uyğunlaşdırılması üçün Mərkəzi Bankın sədrinə müraciət edəcəyəm".

Sevinc Yasinqızı
AzNews.az