Bolqarıstan qaz tədarüklərinin şaxələndirilməsi məqsədi ilə Azərbaycan, Türkmənistan və İrandan cənub qaz nəqli dəhlizləri vasitəsi ilə qaz almağa ümid edir. Bolqarıstan qaz tədarüklərinin şaxələndirilməsi məqsədi ilə Azərbaycan, Türkmənistan və İrandan cənub qaz nəqli dəhlizləri vasitəsi ilə qaz almağa ümid edir.

“Bolqarıstan Azərbaycandan yanacaq almağı ümid edir”- Boyko Borisov

Bolqarıstan qaz tədarüklərinin şaxələndirilməsi məqsədi ilə Azərbaycan, Türkmənistan və İrandan cənub qaz nəqli dəhlizləri vasitəsi ilə qaz almağa ümid edir.


AzNews.az Report-a istinadən xəbər verir ki, bunu Bolqarıstanın baş naziri Boyko Borisov Sofiyada keçirilən "Cənub-Şərqi Avropada enerji təhlükəsizliyi və enerji infrastrukturu" konfransında çıxışı zamanı bildirib.

"Ölkəmiz qaz tədarüklərinin şaxələndirilməsi məqsədi ilə Azərbaycan, Türkmənistan və İrandan olan digər qaz dəhlizləri vasitəsi ilə də yanacaq almağa ümid edir", - deyə Borisov bildirib.

Onun sözlərinə görə, Bolqarıstan, Rumıniya, Yunanıstan və Serbiya qaz nəqli sistemlərinin birləşdirilməsi də az önəmli deyil, lakin bu sahədə hələ aradan qaldırılmalı olan bir sıra problemlər var.

"Cənub axını" qaz kəmərinə toxunan baş nazir qeyd edib ki, Bolqarıstan bu günədək layihənin bağlanması barədə heç bir yazılı sənəd almayıb.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin sözügedən qaz kəməri layihəsinin dondurulduğunu bəyan edib.