- Köhnə - İqtisadiyyat
- 4 Noyabr 2015 11:51
- 3 008
Beynəlxalq Bankın Moskvadakı törəməsinin rəhbəri işdən çıxarıldı

Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyada törəmə müəssisəsi olan “ABB-Moskva”nın İdarə Heyətinin sədri Fuad Abdullayev işdən çıxarılıb.
Məlumata görə, onun yerinə hələlik təyinat olmayıb. Bu vəzifənin müvəqqəti idarə olunması Rəfael Abbasova həvalə olunub.Qeyd edək ki, R. Abbasov 2011-ci ilin dekabrında "ABB-Moskva"nın İdarə Heyətinin sədrinin müavini vəzifəsinə təyin edilib.
APA.az