İşğaldakı ərazilərdə zərgərlik məktəbləri açılıb İşğaldakı ərazilərdə zərgərlik məktəbləri açılıb

Ermənilərdən ŞOK qızıl etirafı

İşğaldakı ərazilərdə zərgərlik məktəbləri açılıb


Erməni Zərgərlərinin Ümumdünya İttifaqı Ermənistan rəhbərliyi ilə birlikdə azad zərgərlik zonası yaradılması strategiyasını hazırlayır. Bu barədə məlumatı İrəvanda keçirilən mətbuat konfransında ittifaqın prezidenti Qaqik Qevorkyan bildirib.

Q.Qevokyan rəhbərlik etdiyi qurumun Ermənistan şəhərləri ilə yanaşı Azərbaycanın işğal olunmuş ərazilərində zərgərlik məktəbləri açdığını vurğulayıb.

Dünyadakı bütün erməni zərgərlərinin Ermənistan ətrafında birləşdirməyə çalışdıqlarını deyən konfrans iştirakçılarının çıxışları Azərbaycanın işğal olunan torpaqlarındakı qızıl mədənlərinin qanunsuz istismarı barədə məlumatları təsdiqləyib.

Elnarə Əlosmanqızı
AzNews.az