Yanıq Mərkəzindən pasientlərin müalicəsinin ilkin mərhələsinin ağır olacağı bildirilib. Yanıq Mərkəzindən pasientlərin müalicəsinin ilkin mərhələsinin ağır olacağı bildirilib.

Tbilisidəki partlayışda yaralanan azərbaycanlı ailədən xəbər var

Yanıq Mərkəzindən pasientlərin müalicəsinin ilkin mərhələsinin ağır olacağı bildirilib.

Tbilisinin Zemo Poniçala qəsəbəsində yaşayış binasında qaz sızması səbəbindən baş vermiş partlayış zamanı xəsarət alan Məmmədovlar ailəsi üzvlərinin vəziyyəti ağır olsa da, sabitdir.

Bunu Gürcüstanın Yanıq Mərkəzindən bildiriblər.

Xəsarət alan 44 yaşlı kişi, onun 24 yaşlı oğlu və 6 yaşlı nəvəsinin vəziyyətində ağırlaşma qeydə alınmayıb.

Zərərçəkmişlər intensiv müalicə olunurlar. Onların vəziyyətlərinin ağırlığı iki və üçüncü dərəcəli yanıq xəsarətləri və tənəffüs yollarının yanıqları ilə əlaqədardır.

Yanıq Mərkəzindən pasientlərin müalicəsinin ilkin mərhələsinin ağır olacağı bildirilib.

Qeyd edək ki, Zemo Poniçalada doqquzmərtəbəli binada təbii qaz sızmasından güclü partlayış noyabrın 15-də səhər saatlarında baş verib. Nəticədə üç nəfər xəsarət alıb, 30 yaşlı qadın və onun 9 aylıq övladı dağıntılar altında qalaraq ölüb.(report.az)

AzNews.az