İranın Çabahar şəhərində törədilmiş terror aktı ilə əlaqədar şübhəli bilinən 4 nəfər həbs edilib. İranın Çabahar şəhərində törədilmiş terror aktı ilə əlaqədar şübhəli bilinən 4 nəfər həbs edilib.

İranda terrorla bağlı dörd nəfər həbs edildi

İranın Çabahar şəhərində törədilmiş terror aktı ilə əlaqədar şübhəli bilinən 4 nəfər həbs edilib.

Bunu Zahidan şəhərinin prokuroru Əli Müvəhhidi Rad bildirib. O deyib ki, aparılan təhqiqat zamanı Zahidan şəhərinin 4 sakini şübhəli şəxs qismində saxlanılıb. Hazırda istintaq davam edir.

İranın təhlükəsizlik naziri Mahmud Ələvi isə bəyan edib ki, Çabahar terrorunda xarici dövlətlərin xüsusi xidmət orqanlarının əli var. Aparılan geniş təhqiqatlar xamanı müəyyən edilib ki, Əhvazda, Çabaharda və digər şəhərlərdə törədilən terror aktlarının planı xaricdə hazırlanıb.

Xatırladaq ki, dekabrın 6-də İranın Çabahar şəhərində terrorçu kamikadze partlayıcı quraşdırılmış avtomobili şəhərin polis idarəsinin binası üzərinə sürüb. Baş verən partlayışda iki polis əməkdaşı həlak olub, 45 nəfər yaralanıb. Cari ilin sentyabrında Əhvaz şəhərində keçirilən hərbi parad zamanı da terror aktı törədilib və 25 nəfər həlak olub. Ölənlər arasında uşaq və qadınlar da var idi.

Həm Əhvazda, həm də Çabaharda törədilən terror aktları Qərb dövlətlərinin liderləri tərəfindən səssizliklə qarşılandı ki, bu da terrora dünyada ikili standartlar siyasəti çərçivəsində yanaşıldığını deməyə əsas verir.(AZƏRTAC)

AzNews.az