Gürcüstan hökuməti ABŞ-ın adlı-sanlı diplomatlarından Bricit Brinkin bu ölkədə səfir təyinatına qarşı çıxır. Gürcüstan hökuməti ABŞ-ın adlı-sanlı diplomatlarından Bricit Brinkin bu ölkədə səfir təyinatına qarşı çıxır.

Gürcüstan hökuməti ABŞ səfirinin təyinatını əngəlləyir - İddia

Gürcüstan hökuməti ABŞ-ın adlı-sanlı diplomatlarından Bricit Brinkin bu ölkədə səfir təyinatına qarşı çıxır.

Bu barədə “Foreign Policy” nəşri mənbələrə istinadən yazıb.

Bildirilib ki, Gürcüstan hökumətinin bəzi üzvləri B.Brinkin qərbyönümlü sabiq Prezident Mixeil Saakaşviliyə həddən artıq rəğbətcil olması qənaətindədirlər. Yazı müəllifi bu qərarın arxasında iqtidardakı “Gürcüstanın xəyalı” Partiyasının rəhbəri Bidzina İvanişvilinin durduğunu güman edir.

Qeyd edək ki, müxtəlif diplomatik vəzifələrdə 20 ildən artıq iş stajına malik B.Brink uzun müddət Gürcüstandakı səfirlikdə çalışıb, 2011-2014-cü illərdə səfir müavini olub. 2015-ci ildən indiyədək ABŞ dövlət katibinin Avropa və Avrasiya işlərinə dair köməkçisinin müavinidir.(report.az)

© AzNews.az