“Gürcüstanın Türkiyə və Azərbaycanla ənənəvi mehriban qonşuluq münasibətləti getdikcə daha da dərinləşir”. “Gürcüstanın Türkiyə və Azərbaycanla ənənəvi mehriban qonşuluq münasibətləti getdikcə daha da dərinləşir”.

“Azərbaycanla münasibətlər daha da dərinləşir” - Mamuka Baxtadze

“Gürcüstanın Türkiyə və Azərbaycanla ənənəvi mehriban qonşuluq münasibətləti getdikcə daha da dərinləşir”.

Bunu Tbilisidə keçirilən Gürcüstanın diplomatik nümayəndəlikləri və konsulluq idarələri rəhbərlərinin ənənəvi illik konfransında ölkənin baş naziri Mamuka Baxtadze deyib.

O, bu il qonşu Azərbaycan və Ermənistana uğurlu səfərlərin həyata keçirildiyini qeyd edib.

Baş nazir deyib ki, Gürcüstan inadla Avropa İttifaqı və Avroatlantik alyansa inteqrasiya yolunda irəliləyir və bu, gürcü diplomatiyasının peşəkarlığını ifadə edir: “Gürcü diplomatiyasının yüksək peşəkarlığı və vətənə sədaqəti Gürcüstan dövlətinin beynəlxalq arenada öz maraqlarını uğurla müdafiə etməyə davam etdirəcəyinə həqiqətən də zəmanət verir. Sizə vətənimizin maraqlarının müdafiə olunması üçün göstərdiyiniz yorulmaz fəaliyyətinizə görə təşəkkürümü bildirirəm”.

M.Baztadze gürcü diplomatlarının Gürcüstan suverenliyinin möhkəmləndirilməsi və ərazi bütövlüyünün sülh yolu ilə bərpa olunması işinə böyük töhfə verdiklərini vurğulayıb.(report.az)

© AzNews.az