Gürcüstan Prezidenti Salome Zurabişviliyə dövlət büdcəsindən bir milyon lari məbləğində (375 246 dollar) vəsait köçürülüb. Gürcüstan Prezidenti Salome Zurabişviliyə dövlət büdcəsindən bir milyon lari məbləğində (375 246 dollar) vəsait köçürülüb.

Zurabişviliyə milyon lari pul verildi

Gürcüstan Prezidenti Salome Zurabişviliyə dövlət büdcəsindən bir milyon lari məbləğində (375 246 dollar) vəsait köçürülüb.

Bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyasından bildirilib.

Məbləğ S.Zurabişvilinin prezident seçkiləri zamanı xərclədiyi vəsaitlərin ödənilməsi məqsədilə verilib. Prezidentlə yanaşı seçkilərdə 10%-dək səs toplayan müxalif Avropalı Gürcüstan Partiyasının namizədi David Bakradze və Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadzeyə də eyni məbləğdə vəsait təqdim olunub.

S.Zurabişvilinin ona ödənilən vəsait hesabına “Cartu Bank”dan götürdüyü 1 mln. lari məbləğində krediti qaytardığı bildirilir.

Qeyd edək ki, qonşu ölkədə ötən ilin noyabrın 28-də keçirilmiş prezident seçkilərinin ikinci turunda S.Zurabişvili 59,52%, Q.Vaşadze 40,48% səs toplayıb. Seçkilərin birinci turunda iştirak etmiş D.Bakradze isə 10,99% səs qazanıb.(report.az)

© AzNews.az