Bu gün Kutaisidə 27 yaşlı gənc oğlanın qrip virusundan öldüyü laboratoriyada təsdiq olunub. Bu gün Kutaisidə 27 yaşlı gənc oğlanın qrip virusundan öldüyü laboratoriyada təsdiq olunub.

Gürcüstanda qripdən ölənlərin sayı 15-ə çatdı

Bu gün Kutaisidə 27 yaşlı gənc oğlanın qrip virusundan öldüyü laboratoriyada təsdiq olunub.

Batumidə isə 63 yaşlı ahıl kişi eyni xəstəlikdən dünyasını dəyişib.

Bununla da Gürcüstanda qrip virusundan ölənlərin sayı 15-ə çatıb.

Bu sözləri Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze yanvarın 11-də ölkənin səhiyyə naziri ilə birgə keçirilən mətbuat konfransında söyləyib.

Qrip virusundan dünyasının dəyişənlərin 5-i Acarıstan Muxtar Respublikasının sakinidir.

Direktor deyib ki, bu gün ölkədə qrip virusuna yoluxmuş 845 nəfər xəstəxanalarda müalicə olunur.

Onlardan 44-ü reanimasiya şöbələrindədir.(AZƏRTAC)

© AzNews.az