Görüşün yaxın vaxtlarda Praqada keçiriləcəyi gözlənilir. Görüşün yaxın vaxtlarda Praqada keçiriləcəyi gözlənilir.

Rusiya ilə Gürcüstan arasında danışıqlar bərpa olunur

Görüşün yaxın vaxtlarda Praqada keçiriləcəyi gözlənilir.

Gürcüstan Rusiya ilə iqtisadi və humanitar sahələrdə əməkdaşlıq barədə dialoqu davam etdirmək niyyətindədir.

Belə bir açıqlama ilə Gürcüstan Baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze çıxış edib. O deyib ki, Gürcüstanın Qərb tərəfdaşları da Moskva ilə danışıqların davam etdirilməsini məqsədəuyğun hesab edirlər: “Moskva ilə humanitar və iqtisadi sahələrdə danışıqları davam etdirmək çox vacibdir. 2018-ci ildə iki ölkə arasında danışıqlarda müsbət nəticələr olub. İqtisadi münasibətlər inkişaf edib, ticarət dövriyyəsi xeyli artıb. Danışıqların növbəti mərhələlərində də Gürcüstan şirkətlərinin maraqlarını müdafiə edəcəyik və çalışacağıq ki, bu ildə danışıqlar problemsiz davam etsin”.

Rusiya Xarici İşlər Nazirinin müavini Qriqori Karasin də ötən ilin sonlarında bəyan etmişdi ki, 2019-cu ildə Zurab Abaşidze ilə görüşləri davam etdirmək niyyətindədir. O, bu görüşlərin Yeni il və Milad bayramlarından sonra davam etdirələcəyini demişdi.

Görüşün dəqiq vaxtı və yeri barədə hələlik məlumat verilməsə də, yaxın vaxtlarda Praqada keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, iki ölkə arasındakı diplomatik münasibətlər 2008-ci ilin məlum avqust hadisələrindən sonra dayandırılıb.(AZƏRTAC)

© AzNews.az