Hadisənin qaz sızıntısı səbəbindən baş verdiyi bildirilib. Hadisənin qaz sızıntısı səbəbindən baş verdiyi bildirilib.

İranda qaz kəmərində partlayış - Ölənlər var

Hadisənin qaz sızıntısı səbəbindən baş verdiyi bildirilib.

İranın cənub-qərbində, Fars körfəzi yaxınlığında, Mehşəhr və Əhvaz şəhərləri arasında qaz kəmərində baş verən partlayış nəticəsində 5 nəfər həlak olub, 6 nəfər də müxtəlif xəsarətlər alıb.

İRNA xəbər verir ki, partlayış nəticəsində yaxınlıqda dayanan avtobusda yanğın baş verib, nəticədə sürücü xəsarət alıb. Bununla yanaşı, bir yük maşını ilə şəxsi avtomobil yanıb.

Yerli hakimiyyət qurumları ilkin ehtimal kimi, hadisənin qaz sızıntısı səbəbindən baş verdiyini bildirib.(report.az)

AzNews.az