Yeni məktəb Gürcüstan hökumətinin dəstəyi ilə tikiləcək Yeni məktəb Gürcüstan hökumətinin dəstəyi ilə tikiləcək

Gürcüstanda Azərbaycan dilli yeni məktəb açılacaq

Yeni məktəb Gürcüstan hökumətinin dəstəyi ilə tikiləcək

Gürcüstanın Laqodexi rayonunun azərbaycanlıların yaşadığı Qabal kəndində Azərbaycan dilli yeni məktəb açılacaq.

Bu barədə Gürcüstan parlamentinin Laqodexi və Kvareli rayonları üzrə majoritar deputatı Quram Macaraşvili bildirib.

Onun sözlərinə görə, yeni məktəb Gürcüstan hökumətinin dəstəyi ilə tikiləcək: “Hazırda Qabal kəndində bir məktəb fəaliyyət göstərir. Yeni məktəbin inşası ilə paralel olaraq fəaliyyətdə olan məktəbin binası da bərpa olunacaq”.

Deputat qeyd edib ki, Qabal kəndində uşaq bağçasının inşası və digər infrastruktur layihələrin həyata keçirilməsi ilə bağlı planlar hazırlanır.(report.az)

AzNews.az