Xameneyinin səhifəsi silindi... – İrana sanksiya

Bunun ABŞ-ın SEPAH-ı terror təşkilatları siyahısına əlavə etməklə bağlı olduğu ehtimal edilir

İranın dini lideri Əli Xameneyinin İnstaqram sosial şəbəkəsində ingilis dilində fəaliyyət göstərən rəsmi səhifəsi bloklanıb.

Dünən səhər saatlarından başlayaraq, İran İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) komandanlarının İnstaqramdakı hesabları blokanmağa başlayıb.

İlk olaraq, SEPAH-a bağlı “Qüds Briqadası”nın komandanı, general Qasım Süleymaninin səhifəsi bağlanıb.

Gün ərzində profilləri silinən iranlı yüksək rütbəli hərbçilər və rəsmilərin adları aşağıdakı kimidir:

SEPAH-ın baş baş komandanı Məhəmmədəli Cəfəri

SEPAH Quru Qoşunlarının komandanı Məhəmməd Pakpur

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Bağıri

Baş Qərargahın komandanlarından olan Musa Kamali

Ali Məsləhət Şurasının üzvü Məhəmmədbağır Qalibaf

SEPAH komandanlarından biri və İran Dövlət Teleradio Verilişləri Şirkətinin sabiq rəhbəri İzzətullah Zərğami

Hələlik səhifələrin silinməsi ilə bağlı rəsmi açıqlama verilməsə də, bunun ABŞ-ın SEPAH-ı terror təşkilatları siyahısına əlavə etməklə bağlı olduğu ehtimal edilir.(teleqraf.com)

AzNews.az