Həsən Ruhani siyasətçilərlə görüşü zamanı bu iddia ilə çıxış edib Həsən Ruhani siyasətçilərlə görüşü zamanı bu iddia ilə çıxış edib

Barak Obama Tehran rəsmiləri ilə 19 dəfə görüşmək istəyib - İDDİA

Həsən Ruhani siyasətçilərlə görüşü zamanı bu iddia ilə çıxış edib

ABŞ-ın sabiq prezidenti Barak Obama Tehran rəsmiləri ilə 19 dəfə görüşmək istəyib, ancaq İran hökuməti bu istəyə cavab verməyib. İran prezidenti Həsən Ruhani siyasətçilərlə görüşü zamanı bu iddia ilə çıxış edib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, reformist siyasətçi Həmid Rza Cəlalipur prezidentin həmin görüşü ilə bağlı ölkə mediasında yazı dərc edib.

Ruhani çıxışı zamanı deyib ki, büdcədə günlük 1.5 milyon barrel neft satışı nəzərdə tutulub:

"Ancaq indi neft satışı ilə bağlı problemlə qarşı-qarşıyayıq. Neft-kimya və mədən məhsulları satışında da problemlər yaranıb. Əsas qida məhsulları ilə bağlı da problem ortaya çıxıb. Ölkədə sadəcə maaşlar bir ayda ən azı 310 milyard tümən (təxminən 80 milyon dollar) təşkil edir. Banknot çap edərək problemlərlə mübarizə aparılmaz. Hamımız bu reallığa diqqət etməliyik”.

Ruhani hökumətin yetərli səlahiyyətə sahib olmadığını deyib.

Cəlalipur yazısında Ruhaninin bu ifadələrinə də yer verib:

“Xalq olmasa, problemləri həll edə bilmərik. Qarşımızda millət vəkillərinin seçkisi var. Seçkilərə yersiz müdaxilələr olmasa, müsbət nəticələr əldə bilərik".

Pərvanə Ağazadə

AzNews.az