Aparıcının kənarlaşdırılması haqqında qərarı telekanalın etika üzrə Komissiyası qəbul edib Aparıcının kənarlaşdırılması haqqında qərarı telekanalın etika üzrə Komissiyası qəbul edib

Putini təhqir edən gürcü jurnalistin taleyi bəlli oldu

Aparıcının kənarlaşdırılması haqqında qərarı telekanalın etika üzrə Komissiyası qəbul edib

Gürcüstanın "Rustavi 2" telekanalının rəhbərliyi televiziya aparıcısı Georgi Qabuniyanı Rusiya prezidenti Vladimir Putinin ünvanına söylədiyi fikirlərə görə işdən çıxarmayacaq.

Georgi Qabuniya

AzNews.az xəbər verir ki, bu barədə məlumatı “Qromadske" nəşri kanalın baş direktoru Nika Qvaramiyaya istinadən yayıb.

Nika Qvaramiya

Xatırladaq ki, Qabuniya bir gün öncə özünün apardığı "P.S" proqramının efirində Putin və onun valideynləri haqqında senzuradan keçməyən fikir söyləyib.

Aparıcının işdən çıxarılmasının mümkünlüyünü şərh edən Qvaramiya bildirib ki, hadisədən sonra kanalın reytinqi xeyli artıb.

Kanalın baş direktoru əlavə edib ki, Qabuniya öz fikirlərinin qəbuledilməz ifadə formasını seçib, buna görə də onu efirlərdən iki ay müddətinə uzaqlaşdırıblar. Bu müddət bitdikdən sonra o, işləməyə davam edəcək.

Aparıcının kənarlaşdırılması haqqında qərarı telekanalın etika üzrə Komissiyası qəbul edib, ondan şikayət vermək mümkün deyil, - deyə Qvaramiya vurğulayıb.

Gürcüstan Prezidenti Salome Zurabişvili televiziya aparıcısının davranışını pisləyib. O bəyan edib ki, jurnalistin ifadələri Rusiya ilə yeni bir müharibə yaratmağa yönəlib.

Salome Zurabişvili

Ölkənin Baş naziri Mamuka Baxtadze isə Qabuniyanın çıxışını "iyrənc təxribat və ölkənin sabitliyini pozmağa cəhd" adlandırıb.

Mamuka Baxtadze

Kanalın baş direktoru üzr istəyib və aparıcının seçdiyi "özünüifadə forması"nin qətiyyən yolverilməz olduğunu bildirib. Bununla yanaşı, Qvaramiya vurğulayıb ki, “Rustavi-2”nin əsas hədəfi Gürcüstanın müdafiəsidir:

"Putinə istənilən hücum isə haqlıdır".

Dmitri Peskov

Putinin mətbuat katibi Dmitri Peskov bu vəziyyəti "gürcülər üçün böyük biabırçılıq" adlandırıb, Dövlət Dumasının deputatları isə Gürcüstandan şərab, su və pul köçürmələrinə qadağa qoymağa çağırıblar.

Babək Göyüş

AzNews.az