- Ermənistan və Gürcüstan
- 23 İyul 2019 20:26
- 3 880
Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə mal-qara arasında zəhərlənmə olub
Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunun Sadaxlı kəndində mal-qara arasında kütləvi zəhərlənmə baş verib
Nəticədə bir neçə ev heyvanı tələf olub.
Kənd sakinləri mal-qaranın otlaq sahəsində olan bitkidən zəhərləndiklərini ehtimal edirlər.
Gürcüstanın Milli Qida Agentliyindən bildirilib ki, laborator araşdırmalar üçün patoloji materiallar götürülüb və nəticələr yaxın günlərdə məlum olacaq.
İlkin məlumatlara əsasən, mal-qara arasında hər hansı bir infeksion xəstəlik olmayıb.
Faktla bağlı Gürcüstan Daxili İşlər Nazirliyi araşdırma aparır. (Report)