Qabal, Uzuntala və Qaracala sakinləri dövlət dilinin öyrənilməsinə böyük maraq göstərirlər Qabal, Uzuntala və Qaracala sakinləri dövlət dilinin öyrənilməsinə böyük maraq göstərirlər

Gürcüstanın nazir müavini azərbaycanlıların yaşadığı kəndlərə getdi

Qabal, Uzuntala və Qaracala sakinləri dövlət dilinin öyrənilməsinə böyük maraq göstərirlər

Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin müavini Lia Giqauri Laqodexi rayonuna səfər edib.

O, azərbaycanlıların yığcam yaşadıqları Qabal, Uzuntala və Qaracala kəndlərində yerli sakinlərlə görüşüb.

Görüşdə yerli azərbaycanlılar probemləri və ehtiyacları barədə məlumat təqdim ediblər. L.Giqauri, Laqodexi rayonunun rəsmi şəxsləri sakinlərin suallarını cavablandırıblar və rayonda həyata keçirilməsi planlaşdırılan layihələr barədə danışıblar.

Dövlət nazirinin müavini bildirib ki, yerli sakinlərin əsas problemi uşaq bağçaları ilə əlaqəlidir: "Kənddə 1100 azyaşlının yaşadığı halda uşaq bağçasının 60 yerlik olması əlbəttə ki, tələbi ödəmir. Hər bir kənd üçün əsas prioritet uşaq bağçasının tikilməsidir".

L.Giqauri qeyd edib ki, Qabal, Uzuntala və Qaracala sakinləri dövlət dilinin öyrənilməsinə böyük maraq göstərirlər: “Bu onu göstərir ki, bu gün hər bir vətəndaş dövlət dilinə yiyələnməyin əhəmiyyətini anlayır. Bizim bu istiqamət üzrə apardığımız siyasətin məqsədləri özünü doğruldur”.

O, kəndlərdə müəyyən infrastruktur problemlərin həllinə ehtiyacın olduğunu da deyib.

Görüşlərdə Kaxeti bölgəsinin qubernatoru İrakli Kadaqaşvili və digər rəsmi şəxslər iştirak ediblər.

AzNews.az