Həmin şəxslər polisin qanuni tələblərinə məhəl qoymayıblar Həmin şəxslər polisin qanuni tələblərinə məhəl qoymayıblar

Tbilisidə aksiyanın dağıdılması zamanı 18 nəfər saxlanıldı

Həmin şəxslər polisin qanuni tələblərinə məhəl qoymayıblar

Tbilisidə Gürcüstan parlamenti ətrafında keçirilən aksiyanın dağıdılması zamanı 18 nəfər saxlanılıb.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Həmin şəxslər polisin qanuni tələblərinə məhəl qoymayıblar.

DİN-dən qeyd olunub ki, parlamentin binasına yaxın olan küçələr və Rustaveli prospektində təmizlik işləri davam etdirilir.

Yaxın zamanlarda mərkəzi küçə və yollarda avtomobillərin hərəkətinin bərpa olunması nəzərdə tutulub.

Hazırda polis əməkdaşları ictimai asayişin qorunması məqsədilə Rustaveli prospektində qalırlar.(report.az)

AzNews.az